Türkiyənin "Beşiktaş" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Newsport.az-ın məlumatına görə, İstanbul təmsilçisi "Benfika"dan Joao Marionu transfer edib.
Portuqaliyalı yarımmüdafiəçi tibbi müayinədən keçmək və müqavilə imzalamaq üçün İstanbula gedib. "Beşiktaş" 33 yaşlı orta xətt oyunçusu üçün onun klubuna 3 milyon avro təzminat ödəyəcək.
Qeyd edək ki, "Benfika" Joao Marionu 2021-ci ilin yayında "İnter"dən transfer edib. Portuqaliya millisinin üzvü Lissabon təmsilçisinin heyətində meydana çıxdığı 149 rəsmi matçda 36 qol və 26 məhsuldar ötürmə ilə yadda qalıb.