"Sevilya"nın futbolçusu Lukas Okampos karyerasını Meksikada davam etdirəcək.
Newsport.az-ın məlumatına görə, argentinalı vinger "Monterrey"ə keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
30 yaşlı ön xətt oyunçusu yeni klubu ilə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb. "Monterrey" təcrübəli futbolçu üçün İspaniya klubuna 7 milyon avro təzminat ödəyib.
Qeyd edək ki, "Sevilya" Lukas Okamposu 2019-cu ilin yayında "Marsel"dən transfer etmişdi. Argentina millisinin üzvü Əndəlus təmsilçisinin heyətində keçirdiyi 208 rəsmi matçda 44 qol və 22 məhsuldar ötürmə ilə yadda qalıb.