Marselonun adı stadiona verilir

“Fluminense” klubunun ev oyunlarını keçirdiyi “Vale Das Laranceyrаs” stadionunun adı dəyişdiriləcək. Newsport.az xəbər verir ki, arena bundan sonra Braziliya millisinin və “Real”ın sabiq müdafiəçisi Marselonun adını daşıyacaq.

Stadionun adı 13 yaşında “Fluminense”də futbolçu karyerasına başlayan ulduz futbolçunun şərəfinə dəyişdiriləcək.

Qeyd edək ki, Marselo karyerasının ən parlaq illərini “Real”da keçirib. 36 yaşlı müdafiəçi hazırda “Fluminense”nin formasını geyinir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right