"Qalatasaray" Osihmenin transferini açıqladı

"Qalatasaray" "Napoli"nin hücumçusu Viktor Osihmenin transferini açıqlayıb.

Newsport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, nigeriyalı forvard artıq İstanbuldadır.

25 yaşlı futbolçu icarə əsasında yeni komandasında çıxış edəcək. O, 2024/2025 mövsümünü "sarı-qırmızılar"ın heyətində keçirəcək.

Qeyd edək ki, Viktor Osihmen 2020-ci ildən çıxış etdiyi “Napoli”də 133 matçda 76 qol vurub. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right