"İnter Mayami"nin futbolçusu Luis Suares Uruqvay millisindəki karyerasını başa vurur.
Newsport.az xəbər verir ki, 37 yaşlı hücumçu bu barədə mətbuat konfransında danışıb..
Suares sentyabrın 6-da dünya çempionatının seçmə mərhələsində Paraqvayla keçiriləcək görüşün onun üçün yığmadakı son matç olacağını bildirib.
Uruqvay millisində 142 oyun keçirən Suares 69 qol vurub, 39 məhsuldar ötürmə edib. 2007-ci ildən milliyə dəvət alan futbolçu 2011-ci ildə komanda ilə Amerika kubokunun qalibi olub.
Qeyd edək ki, Suares Uruqvay millisində ən çox oyun keçirən ikinci futbolçudur. Dieqo Qodin 161 oyunla birincidir.