UEFA açıqladı: "Kopenhagen" və "Harts" Azərbaycana gələcək

Belarusun “Dinamo” (Minsk) klubu evdə avrokubok oyunlarını Azərbaycanda keçirəcək.

Newsport.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Minsk təmsilçisi Konfrans Liqasında ev oyunlarını Mehdi Hüseynzadə adına stadionda keçirəcək. 

1-ci tur

3 oktyabr
20:45 “Dinamo” – “Harts” (Şotlandiya)

4-cü tur

28 noyabr
21:45 "Dinamo" - "Kopenhagen" (Danimarka)

5-ci tur
12 dekabr
21:45 Dinamo - “Larne” (Şimali İrlandiya)

Qeyd edək ki, Belarus komandasının oyunları azarkeşlər üçün bağlıdır. Əlavə edək ki, siyasi məsələlərə görə UEFA Belarus klublarının avrokubok görüşlərini evdə oynamasına icazə vermir. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right