"Qarabağ"ın rəqibləri İsveç çempionatında növbəti oyuna çıxdılar

UEFA Avropa Liqasında "Qarabağ"ın rəqibləri olan "Malmö" və "Elfsborq" İsveç çempionatında 21-ci turun oyununa çıxıblar.

Newsport.az xəbər verir ki,  "Malmö" öz meydanında “Yurqorden”ə 4 cavabsız qolla qalib gəlib. "Elfsborq" isə səfərdə "Brommapoykarna” ilə 3:3 hesablı heç-heçə edib.

"Malmö" - "Yurqorden" - 4:0

Qollar: Bolin, 9, Kristansen, 20, Une-Larsson, 22, Telin, 80

"Brommapoykarna” - "Elfsborq" - 3:3

Qollar: Vasik, 7, Andersson, 34, Yensen, 85 - Kayb, 28, Baydoo, 68, Hedlund, 90+1

Qeyd edək ki, "Malmö" 48 xalla liderdir. "Elfsborq" 33 xalla 6-cı pillədə qərarlaşıb. "Qarabağ" "Malmö" ilə oktyabrın 3-də evdə, "Elfsborq"la dekabrın 11-də səfərdə qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right