Azərbaycanlı futbolçu Tayland klubu ilə müqavilə imzaladı FOTO

Azərbaycanlı futbolçu Məmməd Quliyev Taylandda qalıb.

Newsport.az saytına özünün verdiyi məlumata görə, o, “Auu İnter Banqkok” klubu ilə müqavilə imzalayıb.

Bu klub Tayland üçüncü liqasında mübarizə aparır. O, bu komanda ilə bir illik müqavilə imzalayıb.

Qeyd edək ki, Məmməd karyerası ərzində “Rəvan”, “İnter”(indiki “Şamaxı”), “Şüvəlan”, “Kamphanqet”, “Kasem Bundit”, “Tonburi Yunayted”, “Uttaradit”, “Saraburi Yunayted” klublarında oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right