Millinin baş məşqçisinin maaşı artırılıb

Avropa çempionatından sonra Qaret Sautqeyt İngiltərə millisinin baş məşqçisi vəzifəsindən istefa vermək qərarına gəlmişdi. Bundan sonra gənclər komandası ilə çalışmış Li Karslinin İngiltərə millisinin müvəqqəti baş məşqçisi olduğu açıqlandı.

Newsport.az “The Telegraph”-a istinadən xəbər verir ki, İngiltərə Futbol Assosiasiyası bu yaxınlarda Karslinin maaşını əhəmiyyətli dərəcədə artırıb.

Sentyabrda İngiltərə yığması UEFA Millətlər Liqasının yeni mövsümündə ilk iki oyununu keçirəcək. Li Karslinin komandası səfərdə İrlandiya, evdə isə Finlandiya yığmaları ilə qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right