"Qalatasaray" fransalı müdafiəçi ilə yollarını ayırdı Rəsmi

Türkiyənin "Qalatasaray" klubunda ayrılıq gerçəkləşib.

Newsport.az xəbər verir ki, İstanbul təmsilçisi Leo Dübua ilə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Fransalı sağ cinah müdafiəçisi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, "Qalatasaray" Leo Dübuanı 2022-ci ilin yayında "Lion"dan transfer etmişdi. 29 yaşlı futbolçu ötən mövsüm icarə əsasında "Başakşehir"də çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right