İngiltərə millisinin hücumçusu Səudiyyə Ərəbistanı klubunda

"Brentford"un futbolçusu Ayven Touni karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

Newsport.az xəbər verir ki, ingiltərəli hücumçu "Əl-Əhli"yə keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Ərəblər İngiltərə millisinin üzvü olan 28 yaşlı forvard üçün Premyer Liqa klubuna 42 milyon avro təzminat ödəyib. Futbolçu yeni klubu ilə 4 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Ayven Touni 2020ci ilin sentyabr ayından "Brentford"da çıxış edirdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right