“Milan”la “Roma” futbolçu dəyişdirəcək

Avrokubok iştirakçıları olan “Milan” və “Roma” klubları futbolçu mübadiləsi həyata keçirəcək.

Newsport.az-ın məlumatına görə, “Milan”ın futbolçusu Aleksis Saelmekers və “Roma”nın oyunçusu Temmi Abraham klublarını dəyişəcəklər.

Abraham çarpaz bağ zədəsi səbəbindən “Roma”nın heyətində cəmi 12 oyun keçirib.

Belçikalı futbolçu Saelmekers isə ötən mövsüm ümumiyyətlə, “Milan”da oynamayıb. Sağ cinah yarımmüdafiəçisi “Bolonya”ya icarədə olub.

Klublar arasında mübadilə bir mövsüm ərzində qüvvədə olacaq. “Milan” Çempionlar Liqasında, “Roma” isə Avropa Liqasında iştirak edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right