İngiltərə klubunu “Qarabağ”ın rəqibinə dəyişdi

Niderlandın “Ayaks” klubu İngiltərə təmsilçisi “Bernli”dən Vaut Veqhorstu transfer edib.

Newsport.az-ın məlumatına görə, futbolçu ilə 2026-cı ilin yayına kimi müqavilə imzalanıb.

32 yaşlı niderlandlı hücumçu yeni klubunda 25 nömrəli formanı geyinəcək.

Ötən mövsüm Almaniyanın “Hoffenhaym” klubunda icarə əsasında çıxış etmiş forvard bütün yarışlarda 30 matçda iştirak edib, 7 qol vurub, 4 məhsuldar ötürmə edib. Veqhorst bu mövsüm İngiltərə çempionatında cəmi iki oyun keçirib.

“Ayaks” Avropa Liqasının Liqa mərhələsində “Qarabağ”ın rəqiblərindən biridir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right