"Qalatasaray"ın müdafiəçisi Almaniya klubuna keçdi

Türkiyənin "Qalatasaray" klubu müdafiəçi Derrik Köhnü icarəyə verib.

Newsport.az-ın məlumatına görə, İstanbul təmsilçisi almaniyalı futbolçunu "Verder"ə göndərib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

25 yaşlı sol cinah müdafiəçisi 2024/2025 mövsümünü Bundesliqa təmsilçisinin heyətində keçirəcək.

"Verder" Türkiyə klubuna 400 min avro icarə haqqı ödəyəcək. Bremen təmsilçisi 5 milyon avro ödəməklə futbolçunu birdəfəlik transfer etmək hüququna malikdir.

Qeyd edək ki, "Qalatasaray" Derrik Köhnü bu ilin yanvar ayında "Hanover"dən transfer edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right