ÇL-in oyununa təyinat almış hakimlər futboldan uzaqlaşdırıldılar

Polşa Futbol İttifaqının (PFU) İntizam Komitəsi hakimlər Bartoş Frankovski və Tomaş Musialı futboldan 1 il müddətinə uzaqlaşdırılıblar.

Newsport.az-ın məlumatına görə, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. Qərara səbəb sözügedən hakimlər tərəfindən ictimai asayişin və davranış qaydalarının pozulmasıdır.  

Frankovski və Musial avqustun əvvəlində Lyublin şəhərində Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin "Dinamo" (Kiyev, Ukrayna) - "Reyncers" (Şotlandiya) matçını idarə etməli idilər. Lakin oyundan əvvəlki gecə onlar sərxoş vəziyyətdə polis tərəfindən saxlanılıblar. Bundan əlavə, hakimlər yol nişanını oğurlayıblar. UEFA onları dərhal başqa hakimlərlə əvəz edib.

Hakimlərin hər biri 1 il müddətinə futboldan kənarlaşdırıb və 25 min zloti məbləğində cərimələnib. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right