"Arsenal" İngiltərə millisinin üzvünü Premyer Liqa klubuna satdı

İngiltərə Premyer Liqasına yüksələn "Sauthempton" heyətini yeni qapıçı ilə gücləndirib.

Newsport.az-ın məlumatına görə, "müqəddəslər" "Arsenal"dan Aaron Ramsdeyli transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İngilis qolkiper yeni klubu ilə 4+1 illik müqavilə imzalayıb. "Sauthempton" bu keçid üçün London klubuna 18+7 milyon funt-sterlinq təzminat ödəyəcək.

Qeyd edək ki, İngiltərə millisinin üzvü olan Aaron Ramsdeyl 2021-ci ilin yayından "Arsenal"da çıxış edirdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right