"Mançester Yunayted"in sabiq futbolçusu "Fənərbaxça"da

Türkiyənin "Fənərbaxça" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Newsport.az-ın məlumatına görə, İstanbul təmsilçisi "Fiorentina"dan Sofyan Amrabatı icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Mərakeşli yarımmüdafiəçi 2024/2025 mövsümündə "Fənərbaxça"nın uğurları üçün çalışacaq.

Qeyd edək ki, "Fiorentina" Sofyan Amrabatı 2020-ci ilin yanvar ayında "Verona"dan transfer edib. 28 yaşlı dayaq yarımmüdafiəçisi ötən mövsüm icarə əsasında "Mançester Yunayted"də çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right