İran çempionatında 3-cü turun oyunları keçirilib.
Newsport.az xəbər verir ki, “Traktor” bu turda “Havadar”la qarşılaşıb.
Cənubi Azərbaycan təmsilçisi səfər oyunundan böyükhesablı qələbə ilə ayrılıb – 4:0.
"Havadar" - "Traktor" - 0:4
Qollar: Nasemnejad, 30, Strkalj, 59, Hüseynzadə, 75, 85
Təbriz klubu 3 turdan sonra 7 xalla ilk pillədə qərarlaşıb.