“Barselona”nın De Yonq dərdi

“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonqun hələ də topuğunda problemlər var.

Newsport.az-ın məlumatına görə, niderlandlı futbolçunun apreldə “Real”la matçda aldığı zədənin müalicəsi istənilən nəticəni vermir. Onun son bir ay ərzində topuğunda çox da yaxşılaşma olmayıb.

De Yonq oynamağa başlasa, zədəsinin təkrarlanma riski yüksələcək. Çox güman ki, yarımmüdafiəçinin əməliyyata ehtiyacı olacaq. Bu vəziyyətdə bərpa daha bir neçə ay çəkəcək.

“Barselona” mövsümün əvvəlində İspaniya çempionatında keçirdiyi hər 3 oyunda qalib gəlib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right