"Qalatasaray" və "Fənərbaxça"dan imtina etdi, bu ölkəyə yollanacaq

"Qalatasaray" və "Fənərbaxça"nın təklifini geri çevirən Serxio Ramos Səudiyyə Ərəbistanına yollanmağa hazırlaşır.

Newsport.az "Marca"ya istinadən xəbər verir ki, "Sevilya"dan ayrılan təcrübəli müdafiəçi "Əl-Oruba"ya keçə bilər.

Hazırda ərəblər onu transfer etmək üçün danışıqlar aparır.

Bu komanda yüksək liqaya yeni vəsiqə qazanıb. 

Ramosun yaxın günlərdə Səudiyyə Ərəbistanına yollanacağı gözlənilir. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right