"Barselona"dan Almaniya millisinin üzvü üçün 20 milyon avroluq təklif

İspaniyanın "Barselona" klubu müdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Newsport.az xəbər verir ki, Kataloniya təmsilçisi "Bayer"də çıxış edən Conatan Tanı transfer etmək istəyir. Bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.

"Barselona" 28 yaşlı mərkəz müdafiəçisi üçün Almaniya klubuna 20 milyon avroluq rəsmi təklif göndərib.

Qeyd edək ki, "Bayer" Conatan Tanı 2015-ci ilin yayında "Hamburq"dan transfer edib. Almaniya millisinin üzvü Leverkuzen təmsilçisinin heyətində meydana çıxdığı 355 rəsmi matçda 14 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi gələn ilin yayında başa çatır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right