"Mançester Yunayted"in yeni transferi İngiltərəyə yollandı

PSJ və Uruqvay millisinin yarımmüdafiəçisi Manuel Uqarte tezliklə "Mançester Yunayted"in futbolçusu olacaq.

Newsport.az “The Athletic”ə istinadən xəbər verir ki, klublar uruqvaylının 50 milyon avroya transferi ilə bağlı razılığa gəliblər.

Qeyd olunur ki, futbolçu tibbi müayinədən keçmək üçün artıq Mançesterə yollanıb.

Uqarte 2023-cü ilin iyulunda 60 milyon avroya "Sportinq"dən Fransa klubuna keçib.

Bu müddət ərzində o, parislilərin heyətində bütün turnirlərdə 37 oyun keçirib və 3 məhsuldar ötürmə edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right