"Əl-Hilal" fransalıya görə "Bavariya"nı razı saldı

Fransa millisinin və “Bavariya”nın yarımmüdafiəçisi Kinqsli Koman Səudiyyə Ərəbistanına yollanmağa hazırlaşır.

Newsport.az “Onefootball.com”a istinadən xəbər verir ki, fransalıya “Əl-Hilal”dan rəsmi təklif gəlib.

Əslində, klublar arasında razılıq əldə edilib. Lakin Komanın özü hələlik bu transferə razılıq verməyib.

Kinqsliyə PSJ, “Mançester Siti” və “Barselona”dan da maraq var. Münhen klubunun heyətində isə fransalı bütün turnirlərdə 296 oyun keçirib, 64 qol vurub və 66 məhsuldar ötürmə verib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right