Portuqaliya millisinin üzvü "Yuventus"da

İtaliyanın "Yuventus" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirib.

Newsport.az xəbər verir ki, Turin təmsilçisi "Portu"dan Fransisko Konceyçaonu icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Portuqaliyalı vinger 2024/2025 mövsümünün sonuna kimi "Yuventus"un formasını geyinəcək.

Qeyd edək ki, Fransisko Konceyçao 2018-ci ilin yayında "Portu"nun akademiyasına cəlb olunub. 21 yaşlı futbolçu "əjdahalar"ın əsas komandasının heyətində meydana çıxdığı 93 rəsmi matçda 13 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right