İngiltərənin "Brayton" klubu yarımmüdafiə xəttini yeni oyunçu ilə gücləndirib.
Newsport.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Seltik"dən Mett O Raylini rənglərinə bağlayıb. Bu barədə klubun mətbuat xədməti məlumat yayıb.
"Brayton" danimarkalı yarımmüdafiəçi üçün şotlandiya klubuna 30 milyon avro təzminat ödəyib. "Qağayılar" 23 yaşlı futbolçu ilə 2029-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.
Qeyd edək ki, "Seltik" Mett O Raylini 2022-ci ilin yanvar ayında İngiltərənin "Milton Keyns Dons" klubundan transfer etmişdi. Danimarka millisinin üzvü Şotlandiya təmsilçisinin heyətində keçirdiyi 124 rəsmi matçda 27 qol və 25 məhsuldar ötürmə iıə yadda qalıb.