Postekoqlu razı qalıb

“Tottenhem”in baş məşqçisi Angelos Postekoqlu İngiltərə Premyer Liqasının ikinci tur matçında “Everton” üzərində qazanılan inamlı qələbədən (4:0) danışıb.

Newsport.az İngiltərə klubunun rəsmi saytına istinadən xəbər verir ki, o, komandasının çıxışından razı qaldığını deyib:

“Biz müxtəlif növdə çoxlu şanslar yaratdıq. Düşünürəm ki, rəqibin uzun ötürmələrlə yaratdığı təhlükələrlə çox yaxşı mübarizə apardıq”.

“Tottenhem” növbəti turda səfərdə “Nyukasl”la qarşılaşacaq. Qarşılaşma sentyabrın 1-də keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right