“Mançester Siti” futbolçusunu İtaliya klubuna icarəyə verdi

“Mançester Siti”nin yarımmüdafiəçisi Maksimo Perrone İtaliya təmsilçisi “Komo”ya keçib.

Newsport.az İngiltərə klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, futbolçu A Seriyası təmsilçisində 2025-ci ilin yayına qədər icarə əsasında oynayacaq.

O, ötən mövsüm İspaniyanın “Las Palmas” klubunda icarədə olub və La Liqada 30 matçda iştirak edib.

21 yaşlı argentinalı futbolçu 2022-ci ildə Premyer Liqa təmsilçisinin əsas komandasında debüt edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right