Portuqaliya nəhəngi Türkiyə yığmasına namizədi transfer etdi

Portuqaliyanın "Porto" klubu heyətini Türkiyəəsilli forvardla gücləndirib.

Newsport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Portuqaliya klubu "Hammarbü"dən Dəniz Gülü heyətinə qatıb. 

20 yaşlı forvard 2029-cu i iyunun 30-na qədər "Porto"ya məxsus olacaq. 

İsveçin U-20 yığmasının hücumçusu Türkiyə Futbol Federasiyasının da maraq dairəsindədir. Ona Türkiyənin əsas yığmasında oynamaq təklifi edilib.

Qeyd edək ki, 2022-ci ildə "Hammürbü"nün əsas komandasında debüt etmiş Gül iki il ərzində 44 oyun keçirib və 17 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right