Rahil oynadı, komandası uduzdu

Futbol üzrə Polşa çempionatında 6-cı turun oyunları keçirilir.

Newsport.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Rahil Məmmədovun formasını geyindiyi “Radomyak” səfərdə “Vidzev”in qonağı olub. Qarşılaşma ev sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Məmmədov da bu görüşün iştirakçısı olub. 29 yaşlı müdafiəçi matça start heyətdə başlayıb və 88-ci dəqiqədə əvəzlənib. Rahil 41-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.

5 oyun keçirən “Radomyak” turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right