Premyer Liqa klubundan 30 milyon funt-sterlinqlik transfer

İngiltərənin "Fulhem" klubu müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.

Newsport.az-ın məlumatına görə, Premyer Liqa təmsilçisi "Kristal Pelas"dan Yoahim Andersenu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Fulhem" danimarkalı mərkəz müdafiəçisi üçün onun klubuna 30 milyon funt-sterlinq təzminat ödəyib. 28 yaşlı futbolçu londonlularla 2029-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Qeyd edək ki, "Kristal Pelas" Yoahim Andersonu 2021-ci ilin yayında "Lion"dan transfer etmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right