"İnter"in hücumçusu Martin Satriano karyerasını yenidən Fransada davam etdirəcək.
Newsport.az-ın məlumatına görə, "Lans" uruqvaylı futbolçunu icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
23 yaşlı forvard 2024/2025 mövsümünü Liqa 1 təmsilçisinin heyətində keçirəcək.
Qeyd edək ki, Martin Satriano 2020-ci ilin yanvar ayında "İnter"in akademiyasına cəlb olunub. Uruqvay millisinin üzvü ötən mövsüm icarə əsasında Fransanın "Brest" klubunda çıxış edib.