İspaniyanın "Barselona" klubunun heyətində ciddi itki baş verib.
Newsport.az-ın məlumatına görə, Kataloniya təmsilçisinin müdafiəçisi Andreas Kristensen sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Danimarkalı futbolçu daban vətərindən zədə alıb. 28 yaşlı mərkəz müdafiəçisinin 2 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilir.
Qeyd edək ki, Andreas Kristensen 2022-ci ilin yayından "Barselona"da çıxış edir.