"Fənərbaxça"nın futbolçusu İngiltərəyə yollandı Rəsmi

"Fənərbaxça"nın futbolçusu Ferdi Kadıoğlunun "Brayton"a keçidi tamamlanmaq üzrədir.

Newsport.az xəbər verir ki, türk müdafiəçi tibbi müayinədən keçmək üçün İngiltərəyə gedib. Bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Türkiyə milli komandasının üzvü tibbi müayinədən keçdikdən sonra Premyer Liqa klubu ilə 5 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, Ferdi Kadıoğlu 2018-ci ilin yayından "Fənərbaxça"da çıxış edir. 24 yaşlı sol cinah müdafiəçisi 204 rəsmi matçda 18 qol və 22 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right