Tanınmış müdafiəçi İspaniya klubuna keçir

"Borussiya"dan ayrılan Mats Hummels İspaniyaya yollanmağa hazırlaşır.

Newsport.az "Marca"ya istinadən xəbər verir ki, təcrübəli müdafiəçi "Malyorka"ya keçə bilər. 

"Bolonya"ya keçməyə yaxın olmuş almaniyalı sonda maliyyə məsələlərinə görə keçidə razılıq verməyib. 

35 yaşlı futbolçu bu yay "Malyorka"ya keçmədə daha maraqlıdır. 

Tərəflərin 1+1 illik müqaviləyə qol çəkəcəyi gözlənilir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right