Almaniya Bundesliqasında 11-ci turun oyunları keçirilib.
Newsport.az-ın məlumatına görə, Azərbaycan yığmasının qapıçısı Emil Balayevin komandası - "Ayntraxt" da növbəti matçına çıxıb.
Frankfurt təmsilçisi doğma meydanda lider "Bavariya" ilə qarşılaşıb. Matç qolsuz heç-heçə ilə başa çatıb. Zədəli olan Emilin adı bu dəfə də matçın iştirak ərizəsinə daxil edilməyib.