"Arsenal" heyətini yeni futbolçu ilə gücləndirib.
Newsport.az-ın məlumatına görə, İngiltərə klubu "Real Sosyedad"dan Mikel Merinonu transfer edib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
"Arsenal" ispan yarımmüdafiəçi üçün onun klubuna 32+5 milyon avro təzminat ödəyəcək. 28 yaşlı orta xətt oyunçusu "topçular"la 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayacaq.
Qeyd edək ki, "Real Sosyedad" Mikel Merinonu 2018-ci ilin yayında "Nyukasl"dan transfer edib. Təcrübəli futbolçu İspaniya milli komandası ilə Avro-2024-ün qalibi olub.