İngiltərə millisinin sabiq baş məşqçisi Qaret Sautqeyt UEFA-da çalışacaq.
Newsport.az-ın məlumatına görə, mütəxəssis qurumun Texniki Müşahidəçilər Komitəsinin daimi üzvü olmağa razılaşıb.
Texniki müşahidəçilər oyunları məşçi baxışından analiz edib statistik və video təhlili əhatə edən hərtərəfli hesabatların yaradılmasına cavabdehdirlər. Onlara müşahidələr aparmağa kömək məqsədilə ən müasir vizuallaşdırma alətlərinə və məlumatlara çıxış imkanı verilir.
Xatırladaq ki, Avro 2024-ün finalında Q. Sautqeytin başçılıq etdiyi İngiltərə millisi İspaniya millisinə 1:2 hesabı ilə uduzmuşdu.