"Milan"ın müdafiəçisi "Yuventus"da

İtaliyanın "Yuventus" klubu müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.

Newsport.az-ın məlumatına görə, Turin təmsilçisi "Milan"dan Pyerr Kalulunu icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Fransalı mərkəz müdafiəçisi 2024/2025 mövsümünü icarə əsasında "Milan"da keçirəcək.

Qeyd edək ki, "Milan" Pyerr Kalulunu 2020-ci ilin sentyabr ayında "Lion"dan transfer edib. 24 yaşlı futbolçu ötən mövsüm A Seriyası təmsilçisinin heyətində 11 rəsmi matçda meydana çıxıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right