"Mançester Yunayted"in istədiyi futbolçu "Fulhem"ə keçdi

"Börnli"nin yarımmüdafiəçisi Sander Berqe İngiltərədə klubunu dəyişib.

Newsport.az-ın məlumatına görə, "Mançester Yunayted"in transfer siyahısında yer alan 26 yaşlı futbolçu "Fulhem"ə keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Fulhem" norveçli orta xətt oyunçusu üçün Çempionşip təmsilçisinə 20+5 milyon funt-sterlinq təzminat ödəyəcək. 26 yaşlı futbolçu London klubu ilə 2029-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Qeyd edək ki, Sander Berqe ötən ilin yayından "Börnli"də çıxış edirdi. Norveç millisinin üzvü ötən mövsüm komandanın heyətində meydana çıxdığı 40 rəsmi matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right