Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin “Nürnberq”də fərdi məşqlərə başlaması haqda xəbər vermişdik.
Newsport.az-ın məlumatına görə, məsələ ilə bağlı Almaniya klubunun baş məşqçisi Miroslav Kloze də danışıb.“Bild”ə açıqlama verən Kloze Mahirin mümkün qayıdışı haqda bunları deyib:“Proqnoz vermək çətindir. Onun reabilitasiyaya reaksiyasını hər həftə izləməli olacağıq. Dəqiq vaxt deyə bilmərik”.
Qeyd edək ki, 27 yaşlı futbolçu 2025-ci il iyunun 30-na qədər "Nürnberq"ə məxsus olacaq. Almaniya klubu Emrelinin performansından asılı olaraq, onunla müqavilə müddətini daha bir il artıra bilər.