“Sevilya”nın futbolçusu Argentina klubunda

“Sevilya”nın yarımmüdafiəçisi Markos Akunya Argentina təmsilçisi “River Pleyt”ə keçib.

Newsport.az Argentina klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, tərəflər arasında 2027-ci ilə qədər olan müqavilə imzalanıb.

32 yaşlı futbolçu 2020-ci ildən İspaniya klubunun formasını geyinir. O, “Sevilya”nın heyətində meydana çıxdığı 112 matçda 6 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right