"Qarabağ"ın sabiq qapıçısı Premyer Liqa klubu ilə anlaşdı

"Qarabağ"ın sabiq qapıçısı Asmir Beqoviç İngiltərə Premyer Liqasında çıxış edəcək.

Newsport.az xəbər verir ki, bosniyalı qolkiper "Everton"la anlaşıb. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

37 yaşlı futbolçu Premyer Liqa klubu ilə 2024/2025 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalayacaq.

Qeyd edək ki, Asmir Beqoviç 2019/2020 mövsümünün birinci yarısında icarə əsasında "Qarabağ"da çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right