"Qarabağ"ın rəqibinin 4 futbolçusu Xorvatiya millisinə çağırıldı

Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Dinamo"nun futbolçuları milli komandaya dəvət alıb.

Newsport.az xəbər verir ki, Xorvatiya yığmasının baş məşqçisi Zlatko Daliç Zaqreb təmsilçisinin 4 futbolçusuna dəvət göndərib. Bunlar Bruno Petkoviç, Martin Baturina, Petar Suçiç və Marko Pyatsadır.

Xorvatiya seçməsi UEFA Millətlər Liqası çərçivəsində sentyabrın 5-də səfərdə Portuqaliya, 3 gün sonra isə evdə Polşa ilə qarşılaşacaq.

Qeyd edək ki, "Qarabağ" "Dinamo" ilə ilk oyunu sabah səfərdə keçirəcək. Komandalar arasında cavab görüşü isə 28 avqust tarixində Bakıda baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right