Millimizin üzvü oynadı, komandası bərabərə qaldı

Türkiyə birinci liqasında ikinci turun oyunları keçirilir.

Newsport.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Vüsal İsgəndərlinin formasını geyindiyi “Boluspor” “Gənclərbirliyi” ilə səfərdə qarşılaşıb.

Matç 1:1 hesabı ilə yekunlaşıb. İsgəndərli bu oyuna start heyətində çıxıb. 64-cü dəqiqədə isə Valdmiro ilə əvəzlənib.

“Boluspor” iki oyundan sonra aktivindəki bir xalla 20 komanda arasında 17-cidir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right