Mahir Emrelinin komandası Almaniya Kubokunda növbəti mərhələyə yüksəldi

Almaniya Kubokunda I mərhələnin oyunları keçirilir.

Newsport.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Mahir Emrelinin formasını gehyindiyi "Nürnberq" səfərdə "Saarbruken"in qonağı olub.

Matçın əsas və əlavə vaxtı 1:1 hesablı bərabərliklə başa çatıb. Penaltilər seriyasında daha dəqiq olan "Nürnberq" II mərhələyə yüksəlib.

Mahir Emreli bu görüşdə iştirak etməyib. Zədəsi olan 27 yaşlı forvardın müalicəsi davam edir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right