Kriştiano Ronaldonun formasını geyindiyi "Əl-Nəssr" baş məşqçi Luis Kastro ilə bağlı qərar verib.
Newsport.az-ın məlumatına görə, Səudiyyə Ərəbistanı təmsilçisi portuqaliyalı mütəxəssisi istefaya göndərib. Bu barədə yerli mətbuat məlumat yayıb.
62 yaşlı məşqçi ilə müqaviləyə xitam verilib.
Komanda Super Kubokun final matçında "əl Hilal"a 1:4 hesabı ilə məğlub olub.
Qeyd edək ki, Luis Kastro ötən ilin yayında "Əl-Nəssr"in baş məşqçisi təyin olunmuşdu.