"Fənərbaxça"nın prezidentinə oyun zamanı hücum edildi

Türkiyə futbolunda növbəti xoşagəlməz hal yaşanıb.

Newsport.az-ın məlumatına görə, hadisə Superliqanın 2-ci turunda keçirilən "Göztəpə" - "Fənərbaxça" matçı (2:2) zamanı baş verib.

Oyunun ikinci hissəsində "Fənərbaxça"nın bir qrup azarkeşi tribunaya buraxılmayıb.

Klub prezidenti Ali Koç azarkeşlərinə dəstək üçün həmin tribunaya yaxınlaşıb. Bu zaman "Göztəpə" azarkeşləri ona su butulkaları atıblar. Klub rəhbəri mühfizəçilərin nəzarəri ilə hadisə yerindən uzaqlaşmaq istəyərkən rəqib komandanın azarkeşlərindən biri onu itələyib və Ali Koç yerə yıxılıb. Baş verənlərə görə oyunda bir müddət fasilə yaranıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right