PSJ İtaliya klubunun hücumçusu ilə danışıqlara başladı

"Atalanta"nın hücumçusu Ademolo Lukman karyerasını Fransada davam etdirə bilər.

Newsport.az-ın məlumatına görə, PSJ nideriyalı futbolçunu transfer etmək istəyir. Bu barədə "La Gazzetta dello SPort" nəşri məlumat yayıb.

Parislilər artıq futbolçunun agenti ilə əlaqə saxlayıb. Lukman özü PSJ-də oynamağa isti yanaşır. Liqa 1 nəhəngi 26 yaşlı forvard üçün İtaliya klubu ilə danışıqlara başlayacaq.

Qeyd edək ki, "Atalanta" Ademolo Lukmanı 2022-ci ilin yayında "Leypziq"dən transfer edib. Nideriya millisinin üvvü Berqamo təmsilçisinin heyətində keçirdiyi 79 rəsmi matçda 33 qol və 18 məhauldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2026-cı ilin yayına kimidir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right