“Düşünürəm ki, Gündoğan komandamızda qalacaq” Hans-Diter Flik

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik yarımmüdafiəçi İlkay Gündoğanın durumu haqda danışıb.

Newsport.az-ın məlumatına görə, o, almaniyalı futbolçunun komandada qalacağını düşünür:

“Bazar ertəsi o, kiçik bir zədə aldı, ona görə də, onu evdə buraxmaq qərara alındı. Onunla danışdım, düşünürəm ki, Gündoğan komandamızda qalacaq”.

Daha əvvəl yarımmüdafiəminin avqustun 18-də “Barselona”dan ayrılmaq istəyi barədə klub rəhbərliyinə məlumat verdiyi məlumatları yayılıb.

33 yaşlı futbolçu 2023/24 mövsümündə bütün turnirlərdə 51 matçda iştirak edib, 5 qol vurub və 14 məhsuldar ötürmə verib. Onun Kataloniya klubu ilə müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right