Coşqun Diniyev oynadı, komandası lider oldu

Türkiyə I Liqasında II turun oyunları davam edir.

Newsport.az-ın məlumatına görə, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Coşqun Diniyevin formasını geyindiyi "Bandırmaspor" səfərdə "Ankara Keçiörengücü"ü ilə üz-üzə gəlib. Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Coşqun Diniyev də bu görüşün iştirakçısı olub. 28 yaşlı futbolçu matça start heyətdə başlayıb. Təcrübəli oyunçu 55-ci dəqiqədə əvəzlənib.

2 turdan sonra maksimum nəticə göstərən "Bandırmaspor" "Kocaelispor"la birlikdə turnir cədvəlinin zirvəsində qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right